Azərbaycanda eşşəkdən taksi kimi istifadə edirlər - FOTO

Xəbərlər 6 İyun 2014 00:27 Oxunub 2520
Azərbaycanda eşşəkdən taksi kimi istifadə edirlər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görəsən, bu eşşəyin sahibi Nəqliyyat Nazirliyindən lisenziya alıbmı?

Azərbaycan rayonlarının birində eşşəkdən taksi kimi istifadə edirlər. Anspress-in məlumatına görə, başında "taksi" sözü yazılan tablonu gəzdirən bu eşşək öz sərnişinlərini beli ilə yox, ona qoşulan araba ilə daşıyır. Sosial şəbəkədə yayılan bu fotoda eşşəyin dincəldiyi görsənir. Bu yerdə maraqlı bir sual ortaya çıxır. Azərbaycanda taksi biznesilə məşğul olan sürücülərin hamısı lisenziya alır. Görəsən, bu eşşəyin sahibi Nəqliyyat Nazirliyindən lisenziya alıbmı? Yəqin bu sualın cavabını eşşəyin sahibi bu yazını oxuyandan sonra verəcək. Əks halda onu nəqliyyat müfəttişləri tərəfindən böyük cərimə gözləyir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh