Avtobus qəzaya düşdü: 7 ölü

Qəzalar 6 İyun 2014 00:44 Oxunub 1601
Avtobus qəzaya düşdü: 7 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkənlər Ukrayna avtobusunun sərnişinləri olub

Polşanın Krapkoviçe şəhərində Ukraynaya məxsus avtobus avtomobillə toqquşaraq qəzaya düşüb. Anspress-in məlumatına görə, hadisə zamanı yeddi nəfər həlak olub, beş nəfər yaralanıb. Polşa mətbuatı yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan üç nəfərin vəziyyətinin ağır oldüğünu qeyd edib. İki yaralının vəziyətinin orta-ağır olduğu deyilir. Bütün zərər çəkənlər Ukrayna avtobusunun sərnişinləri olub. Hadisə yerinə dərhal hava təcili yardımının iki vertolyotu gəlib.

 

Qəza yerinə təcili olaraq Krakovda yerləşən Ukraynanın baş konsulu gəlib. Yol-nəqliyyat hadisəsində həlak olanların və zərər çəkənlərin şəxsiyyətləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh