Bu məmuru yol polisi saxladı: Rəis işdən çıxarıldı - YENİLƏNİB

Yol polisi 9 İyul 2015 14:31 Oxunub 3223
Bu məmuru yol polisi saxladı: Rəis işdən çıxarıldı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özü sükan arxasında olan komitə sədri yol polislərinin kobud münasibətindən hiddətlənib

Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad edilib. Avtosfer.az istiqlal.az-a istinadən xəbər verir ki, Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlıdır. Bildirilir ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Sonradan maşınını saxladıqları şəxsin yüksək vəzifəli məmur olduğunu bildikdə üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib. O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, komitə sədrini saxlayan daha 3 DYP əməkdaşı da sərt şəkildə cəzalandırılıb. Məlumata görə, Kərəm Həsənov xidməti maşında olmayıb. Şəxsi avtomobildə özü sükan arxasında olan komitə sədri yol polislərinin kobud münasibətindən hiddətlənib.

***

 

Şamaxının yol polis rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad olunub. DİN-in Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov azvision.az-a bildirib ki, polis rəisi daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bölmənin xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub və sərəncama götürülüb. DİN rəsmisi bildirib ki, həmin idarədə çalışan bir neçə əməkdaş da inzibati qaydada cəzalandırılıb. E.Zahidov onu da qeyd edib ki, bəzi mətbuat orqanlarında polis rəisinin işdən çıxarılmasına göstərilən səbəblərin hamısı uydurmadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh