Azərbaycanda Günəş enerjisi ilə işləyən maşın - VİDEO

Avtodünya 10 İyul 2015 01:47 Oxunub 3771
Azərbaycanda Günəş enerjisi ilə işləyən maşın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Günəş enerjili kiçik həcmli maşın Xəzər Universitetinin tələbə mühəndisləri tərəfindən hazırlanıb

Alternativ enerji mənbələrinə ehtiyac da, onlardan istifadə də getdikcə artır. Ən böyük alternativ enerji mənbəyi isə Günəş hesab olunur. Dünyada Günəş enerjisi ilə işləyən minik maşınları təcrübəsinə rast gəlinir. Azərbaycanda da bənzər təcrübə aparılıb və artıq nəticələr var.

Bu mini avtomobili nə enerji mənbəyinə qoşmağa ehtiyac var, nə də yanacaq tökməyə. Maşını hərəkətə gətirən sadəcə Günəş şüalarıdır. Üstündəki panellər Günəş şüalarını enerjiyə çevirir və mini avtomobil üçün hərəkətverici qüvvə əmələ gəlir.

Günəş enerjili kiçik həcmli maşın Xəzər Universitetinin tələbə mühəndisləri tərəfindən hazırlanıb. Mini avtomobil Günəş enerjisi ilə hərəkətə keçsə də, xüsusi qurğusu ilə gecə vaxtı da müəyyən müddət sürülə bilər.

Azərbaycanın əlverişli coğrafi mövqeyi günəş enerjisindən səmərəli istifadəyə imkan verir. Buna görə də gələcəkdə Günəş enerjisi ilə işləyən minik avtomobilləri də hazırlana bilər. Layihənin rəhbəri belə bir planlarının olduğunu deyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh