Yol polisi rəisi avtomobilləri haqsız olaraq saxlatdırırmış - DİN

Yol polisi 12 İyul 2015 03:38 Oxunub 4459
Yol polisi rəisi avtomobilləri haqsız olaraq saxlatdırırmış - DİN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Usubovun işdən çıxardığı rəislə bağlı DİN-dən daha bir açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Şamaxı rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Mübariz Fətəliyevin işdən çıxarılması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlara aydınlıq gətirib. Avtosfer.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov Trend-ə bildirib ki, YPB-nin rəisi M.Fətəliyev tabeliyindəki əməkdaşlar üzərində nəzarəti zəiflətdiyinə, əsassız olaraq nəqliyyat vasitələrinin saxlanılması barədə göstəriş verdiyinə, bununla da onların və sərnişinlərin haqlı narazılıqlarına səbəb olduğuna, vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarının təmin olunmasına laqeydlik göstərdiyinə,  xidməti vəzifələrinin icrasına səhlənkar yanaşdığına və bu barədə dəfələrlə edilmiş xəbərdarlıqdan nəticə çıxarmadığına, habelə DİO əməkdaşlarının Etik Davranış Kodeksinin, İntizam Nizamnaməsinin və müvafiq Təlimatın ayrı-ayrı maddələrini pozduğuna görə daxili işlər naziri Ramil Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

M.Fətəliyev bundan sonra xidmətini digər sahədə davam etdirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh