“Kamaz” qəza törətdi: yaralılar var

Qəzalar 8 İyun 2014 00:54 Oxunub 1758
“Kamaz” qəza törətdi: yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Bakı-Quba-Rusiya yolunun Qaraçay üzərindən keçən hissəsində qeydə alınıb

Bu axşam Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Anspress-in verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya yolunun Qaraçay üzərindən keçən hissəsində qeydə alınıb. “KAMAZ” markalı 38 BE 335 dövlət nömrə nişanlı avtomobillə 10 TO 361 dövlət nömrə qeydiyyatlı “VAZ 2108” markalı avtomobil toqquşub.  Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Quba rayonu İkinci Nügədi kənd sakini 16 yaşlı Əliyev Anar Tərlan oğlu və Birinci Nügədi kənd sakini 31 yaşlı Osmanov Tehran Əmrulla oğludur. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra müalicə üçün evə buraxılıb. Qəzayla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh