Maşın dərəyə aşdı: 2 ölü - VİDEO

Qəzalar 9 İyun 2014 00:01 Oxunub 1793
Maşın dərəyə aşdı: 2 ölü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəkidəki ağır yol qəzası 2 qardaşın həyatına son qoyub

Şəkidə maşın dərəyə aşıb. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) "Volkswagen" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb. 1983-cü il təvəllüdlü Osmanov Ruslan Əbdülrəhman oğlunun idarə etdiyi avtomobilin yol-qəzası törətməsi nəticəsində R.Osmanov və sərnişin (qardaşı) 1988-ci il təvəllüdlü Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh