Hansı trayektoriya üzrə geriyə dönə bilər? – DOĞRU CAVAB

Yarışma 27 İyul 2015 16:20 Oxunub 2274
Hansı trayektoriya üzrə geriyə dönə bilər? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavağını və ilk doğru verən şəxsin adını açıqlayır. Budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü geriyə dönmə manevrini hansı trayektoriya üzrə edə bilər?

A) Heç biri ilə, çünki bu yolayrıcında geriyə dönmə qadağandır;

B) Yalnız “A” trayektoriyası üzrə;

C) Hər iki trayektoriya üzrə;

D) Yalnız “B” trayektoriyası üzrə.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 65-ci maddəsinin 4-cü hissəsində deyilir ki, 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Ona görə də şəkildəki 4.1.1 nişanı soldan birləşən yolun ayırıcı zolağınadək qüvvədədir. Deməli, sualın doğru cavabı “D” variantı olacaq:  Sürücü geriyə dönmə manevrini yalnız “B” trayektoriyası üzrə edə bilər.

Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh