Bakıda maşın kanala düşdü: ölən və yaralanan var

Qəzalar 9 İyun 2014 00:44 Oxunub 1675
Bakıda maşın kanala düşdü: ölən və yaralanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaradağ rayonunda minik avtomobili yoldan çıxaraq yol kənarında olan yağış sularının toplandığı kanala aşıb

Qaradağ rayonunda "Nissan" markalı avtomobil kanala aşıb, ölən və yaralanan var. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda "Nissan" markalı minik avtomobili yoldan çıxaraq yol kənarında olan yağış sularının toplandığı kanala aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücüsü ölüb və 1 nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sərnişini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh