Müğənninin yarım milyonluq "oyuncağı" və qayda pozuntusu - FOTO

Avtodünya 5 Avqust 2015 13:39 Oxunub 2158
Müğənninin yarım milyonluq "oyuncağı" və qayda pozuntusu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Safiyə Sultanın "Aston Martin"yə gözü düşüb

Osmanlı tarixindən bəhs edən yeni serial - "Muhteşem yüzyıl Kösem Sultan" da rol almağa hazırlaşan müğənninin yeni "oyuncağı" üzə çıxdı. Serialda Safiye Sultan obrazını canlandırmağa hazırlaşan müğənni aktrisa Hülya Avşar maşınını yeniləməyə qərar verib.

Seriya başına görə, 60 min lira (təqribən 27 min manat) alacaq aktrisanın gözü yarım milyonluq maşındadır. Belə ki, Avşar 510 min avro dəyəri olan "Aston Martin"ne almaq istəyir. 

Yeni mövsümdə "Kösem Sultan"la ekranlara dönməyə hazırlaşan "Muhteşem Yüzyıl Kösem Sutlan" serialında "Safiyə Sultan" ötən gün İstanbulun mərkəzində görünütülənib. Maşınını "saxlamaq olmaz" yol nişanının düz altında saxlayan müğənni avtosalona gedib. Salona girən Avşar istədiyi "Aston Martin DB9" modeli ilə maraqlanmağa başlayıb. O, maşının Türkiyəyə gəlişini uzun müddət gözlədiyini deyib. "Gələcəyini aylar öncəsindən bilirdim. Artıq Türkiyədə olduğunu bilib daha yaxından görmək istədim. Birini mənim üçün ayırdılar. Razılaşsaq alacağam. Çox rahat maşındır". 

 

anspress

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh