Bakıda avtobus yolu kəsib qəza şəraiti yaratdı - VİDEO

Xəbərlər 10 İyun 2014 02:48 Oxunub 2037
Bakıda avtobus yolu kəsib qəza şəraiti yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir

Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. Bu dəfə sosial şəbəkələrdə paylaşılan videoda 84 saylı, 90-HM-181 dövlət nömrə nişanlı sərnişin avtobusu tıxac vaxtı kobud şəkildə yol hərəkətini pozur. Avtobus sürücüsü “Daewoo” markalı iritutumlu avtobusu yolun əks istiqamətinə çıxarır. Videodan da görünür ki, sürücü avtomobillərin sıx hərəkətdə olduğu “Xalqlar Dostluğu” yarmarkası yaxınlığında avtobusu yolun əks istiqamətinə çıxarır. Bu da, onsuz da sıxlıq olan yolda dəhşətli tıxac yaradır. Avtobus sürücüsü isə hadisəni yüngülləşdirmək əvəzinə, qarşısında dayanan avtomobilin sahibi ilə mübahisə edir. Daha sonra avtobus sürücüsü təhqirə və söyüşə keçir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh