«Sürücü müqavimət göstərirsə, yol polisi durub baxmayacaq» - VİDEO

Yol polisi 11 Avqust 2015 15:39 Oxunub 1915
«Sürücü müqavimət göstərirsə, yol polisi durub baxmayacaq» - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yol polisinin avtobus sürücüsünü döyməsinin səbəbi məlum oldu

Ötən gün yol polisinin Bakıda avtobus sürücüsünü döyməsilə bağlı məlumat vermişdik. Həmin görüntülər yayıldıqdan sonra Bakı şəhər Baş Polis İdarəsində araşdırmalar başlanılıb. Qurumun bölmə rəisi Vaqif Əsədov baku.ws-ə bildirib ki, araşdırmalardan sonra hadisədə kimin günahkar olduğu məlum olacaq. Qurum rəsmisi onu da bildirib ki, əgər sürücü yol polisinin haqlı tələblərinə tabe olmursa, o zaman yol polisi sürücüyə güc tətbiq edə bilər. "Əgər sürücü, vətəndaş yol polisinə müqavimət göstərirsə, ona qarşı zorakılıq edirsə, yol polisi durub baxmayacaq. Yol polisi də həm öz, həm də digər vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə sürücüyə güc nümayiş etdirə bilər. Əgər vətəndaş yol polisinə qarşı soyuq silahdan, bıçaqdan istifadə etməklə zorakılıq edirsə, yol polisi də idman fəndlərilə vətəndaşı zərərsizləşdirməlidir”, - deyə Vaqif Əsədov bildirib.

Həmin hadisə ilə bağlı Nəqliyyat Nazirliyində də araşdırma aparılıb. Nazirlikdən verilən məlumata görə, həmin hadisə 3 gün bundan əvvəl baş verib. Adıçəkilən avtobus da sərnişinnəqliyyata aid olmayıb. Həmin avtobus şirkətlərdən birinə aid olub. Avtobusun içərisindəki sərnişinlər isə sürücünün ailəsi və yaxınları olub.

Sürücü avtobusu yolun ortasında saxlayıbmış. Yol polisi də sürücüdən maşını kənarda saxlamağı tələb edib. Sürücü isə yol polisinə kobud cavab verib və onu söyüb. Nəticədə dava düşüb.

Elə videodan görünür ki, metronun 20 yanvar stansiyası yaxınlığında bir neçə Yol Patrul Xidməti (YPX) əməkdaşı avtobus sürücüsünə qarşı güc tətbiq edir. Onların arasında Nəqliyyat Nazirliyinin əməkdaşları da var. Bundan sonra sürücü YPX əməkdaşlarına qarşı nalayiq ifadə işlədir. Yol polisi yenidən qayıdaraq sürücünü vurmağa cəhd edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh