Polisin maşını qatarın altında qaldı: ölən var

Qəzalar 10 İyun 2014 17:18 Oxunub 1965
Polisin maşını qatarın altında qaldı: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yevlaxda dəhşətli yol qəzası baş verib

Yexlax rayonu ərazisində avtomobillə qatar toqquşub. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün 11:30 radələrində baş verib. Yevlax rayon Polis Şöbəsinin əməkdaşı, 24 yaşlı Ruslan Quliyevin idarə etdiyi avtomaşınla dəmir yol xəttini keçmək istəyərkən qəza olub. Qatar "Chevrolet Niva" markalı avtomobili əzərək kənara atıb. Hadisə nəticəsində rayonun Nemətabad kənd sakini Elməddin Həsənov yerindəcə dünyasını dəyişib. Avtomobili idarə edən Ruslan Quliyev isə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu deyir.  Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh