Şabranda qəza, sürücü öldü

Qəzalar 16 Avqust 2015 01:02 Oxunub 1334
Şabranda qəza, sürücü öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ford” markalı yük maşınını idarə edən şəxs tutularaq istintaqa cəlb edilib

Dünən səhər saat 06:45-də Bakı-Quba yolununŞabran rayonu ərazisində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Şabran rayon Polis İdarəsindən  verilən məlumata görə, rayon sakini, 1978-ci il təvəllüdlü Telman Balami oğlu Məlikov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə köməkçi yoldan əsas yola çıxarkən “Ford” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində çoxsaylı bədən xəsarətləri alan Telman Məlikov Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Yük maşınının sürücüsü tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh