Toy karvanında nömrəni gizlədən sürücü reyddə saxlanıldı - FOTO

Yol polisi 17 Avqust 2015 00:14 Oxunub 2409
Toy karvanında nömrəni gizlədən sürücü reyddə saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reydi zamanı 100-ə yaxın avtomobil saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Təmiz hava" aylığı çərçivəsində ölkə ərazisində reydlərə başlayıb. Avtosfer.az-ın "report"a istinadən məlumatına görə, Kürdəmir polisi də atmosferi çirkləndirən avtomobillərə, eyni zamanda, yol hərəkəti qaydalarını pozan sücülərə qarşı reydlər keçirib. Reyd zamanı avtomobili normadan artıq dəm qazı ixrac edən sürücü saxlanılıb. Yol polisinin protokol tərtib ediləcəyini görən sürücü bununla razılaşmayıb, iradlarını bildirib. Eyni zamanda, toy karvanında avtomobilin nömrəsini gizlətməklə hərəkət edən sürücü də aşkar olunub. Yol polisi qaydanı pozan sürücüyə "saxla" əmri versə də, o, əmrə tabe olmayaraq yoluna davam edib. Sonda polis onu saxlamağa nail olub. Sürücü hərəkətini müxtəlif səbəblərlə izah edib. 

Yol polisi tərəfindən saxlanılan sürücülərin bəziləri avtomobilinin ekologiyaya ziyan vurmasından xəbərsiz olduğunu deyərək, bunu yanacağın keyfiyyətsiz olması və avtomobillərinin düzgün işləməməsi ilə izah ediblər. 

Reyd zamanı bir neçə sürücünün sürət həddini aşması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində saxlanması, sənədlərinin qaydasında olmaması, eyni zamanda, avtomobillərə əlavə avadanlıq quraşdırılması faktları aşkar edilib. 

Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb, 52 sürücüyə atmosferi çirkləndirdiyinə, 15 sürücüyə isə digər inzibati xətalara görə protokol tərtib olunub.

Xatırladaq ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh