İki sərnişin qatarı toqquşub, 20 yaralı

Qəzalar 17 Avqust 2015 00:17 Oxunub 1162
İki sərnişin qatarı toqquşub, 20 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qatarlardan heç biri relsdən çıxmayıb

Macarıstanın paytaxtı Budapeştin 50 km şimal-şərqində iki qatarın toqquşması nəticəsində təqribən 20 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. İlkin məlumatlara görə, hər iki qatarın sürəti qəza anında 20 km/saat olub. Qatarlardan heç biri relsdən çıxmayıb. Xəsarət alanlar arasında qatarlardan birinin maşinisti də var. İki nəfərin zədəsi ciddidir.

Qəzanın səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh