İki avtomobil toqquşub, yaralılar var

Qəzalar 17 Avqust 2015 02:09 Oxunub 1142
İki avtomobil toqquşub, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir

Bakı-Qazax magistral yolunda üç nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistral yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1965-ci il təvəllüdlü Maarif Cəfərov idarə etdiyi “VAZ2107” markalı avtomobillə hərəkətdə olarkən arxadan 1981-ci il təvəllüdlü Elmir Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “VAZ 2107”in sürücüsü və maşında olan sərnişinlər, 1963-cü il təvəllüdlü Kifayət Məmmədova və Fəlakət Cəfərova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh