Yanacaqdoldurma məntəqəsində insident: polisi yaraladılar

Yol polisi 17 Avqust 2015 14:41 Oxunub 1774
Yanacaqdoldurma məntəqəsində insident:  polisi yaraladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda yanacaqdoldurma məntəqəsində insident olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən "ABU" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mahir Məmmədov yanacaqdoldurma məntəqəsində insident yaradıb. Bu zaman yanacaqdoldurma məntəqəsində xidmət aparan, polis əməkdaşı Fikrət Ağayev onu intizama dəvət edib. M.Məmmədov polis əməkdaşına zor tətbiq edərək xəsarət yetirib. F.Ağayev Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh