20 yaşlı piyadanı maşın vurub

Qəzalar 17 Avqust 2015 14:54 Oxunub 1351
20 yaşlı piyadanı maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Goranboyda yolu keçmək istəyən 20 yaşlı piyadanı maşın vurub. Avtosfer.az kəpəztv-yə istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 28 yaşlı Fəxri Eyvazov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 20 yaşlı, Zərdab rayon sakini Toğrul Qasımovu vurub. Yaralı əvvəlcə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki xəstəxanaların birinə aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh