Cəlilabadda ağır yol qəzası baş verib: 2 ölü, 5 yaralı

Qəzalar 17 Avqust 2015 15:08 Oxunub 1177
Cəlilabadda ağır yol qəzası baş verib:  2 ölü, 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Avqustun 17-də saat 01 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndində rayon sakini Ramiz Şükürov və Vüqar Həziyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rasim İbişov və Rəvan Həziyev orada ölüblər. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh