Azərbaycanlı tələbə faciəvi şəkildə öldü - KİPRDƏ

Qəzalar 17 Avqust 2015 15:14 Oxunub 1165
Azərbaycanlı tələbə faciəvi şəkildə öldü  - KİPRDƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanı törədən Fələstin vətəndaşı artıq həbs edilib

Şimali Kiprdə azərbaycanlı gənc yol qəzasının qurbanı olub. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, paytaxt Lefkoşadan Qazimağusaya gedən yolda Azərbaycan vətəndaşı olan 20 yaşlı H.Əliyev idarə etdiyi motosikletlə qəzaya düşüb.

Belə ki, onun idarə etdiyi və "Yemək səbəti" adlı şirkətə məxsus olan motosiklet Fələstin vətəndaşı olan Cəfər Abdaldayemin idarə etdiyi avtomobilə çırpılıb. Nəticədə H.Əliyev ağır vəziyyətdə aparıldığı xəstəxanada keçinib.

Bildirilir ki, H.Əliyev 2011-ci ildə "Doğu Akdeniz" universitetinin Beynəlxalq Münasibətlər fakültəsinə daxil olubmuş və Kiprdə oxumaqla yanaşı, kuryerlik edirmiş.

Qəzanı törədən Fələstin vətəndaşı artıq həbs edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh