Avropada və bizdə təhlükəsizlik kəmərinə münasibətin fərqi – FOTO - VİDEO

Xəbərlər 10 İyun 2014 23:54 Oxunub 3076
Avropada və bizdə təhlükəsizlik kəmərinə münasibətin fərqi – FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avropada sağ qalmaq üçün kəmər taxırlarsa, Azərbaycanda DYP-nin cəriməsindən yaxa qurtarmaq üçün edilir

Yol hərəkəti təhlükəsizliyinə dair bir sıra tələblər var ki, sürücülər onlara mütləq əməl etməlidirlər. Məsələn, təhlükəsizlik kəmərindən istifadə mütləqdir. Avtosfer.az xəbər verir ki, əvvəllər təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərin cəriməsi o qədər aşağı idi ki, heç kim buna əhəmiyyət vermirdi. Lakin son illər bu cərimə 40 manata qaldırılandan sonra sükan arxasında olarkən təhlükəsizlik kəmərindən istifadə edənlərin sayı artıb. Amma təhlükəsizlik kəmərindən görüntü üçün istifadə edənlər də var ki, onların məqsədi yol polisini aldatmaqdır. Bəziləri kəməri görüntü üçün üstünə atır, yol polisinin yanandın keçəndən sonra isə çıxarır. Bununla yol polisini aldatdığını düşünənlər əslində, özlərini aldadırlar. Bəs, əzrayılı da aldada biləcəklərmi?

Avropada isə təhlükəsizlik kəməri yol polisinə görə yox, öz təhlükəsizliyi məqsədilə taxılır. Əcnəbilər kəməri bağlamamış avtomobili yerindən tərpətmirlər. Elə bu fotomaterialda da biz fərqi hiss edirik.

Qeyd: Bu foto sosial şəbəkələrdə yayılıb.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh