Gəncədə maşın dərəyə aşdı: 3 yaralı

Qəzalar 17 Avqust 2015 17:41 Oxunub 1294
Gəncədə maşın dərəyə aşdı: 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ 2106” markalı avtomobil yolun kənarında olan dərəyə aşıb

Gəncə şəhərinin şərq çıxışında avtomobil aşıb, yaralılar var. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə saat 16 radələrində Gəncə Avtovağzalının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan 20 DH 426 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil yolun kənarında olan dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh