57 yaşlı sürücü maşını aşırıb xəstəxanalıq oldu

Qəzalar 18 Avqust 2015 00:31 Oxunub 1206
57 yaşlı sürücü maşını aşırıb xəstəxanalıq oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hyundai” markalı minik maşını yoldan çıxaraq aşıb

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı minik maşınının sürücüsü, 57 yaşlı Nəcəfov Çingiz İdris oğlu Qazax istiqamətində hərəkətdə olarkən maşının idarəetməsini itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü Ç. Nəcəfov  hadisə zamanı aldığı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirilər. Hadisənin dəqiq başvermə səbəbi araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh