Qadın sürücü qəza törətdi, 2 yeniyetmə ağır yaralandı - FOTO

Qəzalar 18 Avqust 2015 12:54 Oxunub 1465
Qadın sürücü qəza törətdi, 2 yeniyetmə ağır yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Babək prospektində piyadanı vuran avtomobil sonra dirəyə və dayanacağa çırpılıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Qadın sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil köhnə maşın bazarından şəhər mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman idarəetmənin itirilməsi nəticəsində qəzaya uğrayıb. Avtomobil yolayırıcından qarşı hərəkət zolağına keçərək, yol kənarındakı dirəyə çırpılıb. Bunun ardınca "Mercedes" piyadanı vurub, daha sonra isə avtobus dayanacağına çırpılıb. Qəza nəticəsində "Mercedes"in sürücüsünün qızı, 13 yaşlı Əliyeva Dəniz Rza qızı və avtomobilin vurduğu piyada, 19 yaşlı Dəmirov Ruslan Asif oğlu ağır xəsarətlər alıb. 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan yaralılardan Ruslan Dəmirovun vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. 13 yaşlı Dəniz Əliyevaya isə kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh