Səhv dönüb xəstəxanaya düşdü

Qəzalar 18 Avqust 2015 14:41 Oxunub 1265
Səhv dönüb xəstəxanaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, bu gün saat 11:30-da Gəncənin Gülüstan qəsəbəsi yaxınlığında avtomobil qəzası baş verib.

Namiq Muradxanlının idarə etdiyi "LADA-Priora" markalı avtomobil Nəsir Abdullayevin "VAZ-21099" markalı avtomobili ilə toqquşub. Nəticədə "VAZ-21099"un sürücüsü Nəsir Abdullayev ağır bədən xəsarətləri alıb. Yaralı Gəncə Şəhər TTYX-nin reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatından sonra xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

İlkin ehtimala görə, qəzaya səbəb  "VAZ-21099"un sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh