DYP-nin keçirdiyi reyddə mübahisə düşdü - VİDEO

Yol polisi 18 Avqust 2015 15:44 Oxunub 2002
DYP-nin keçirdiyi reyddə mübahisə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
14 avtomobil cərimə meydançasına aparılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Gəncə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi "Təmiz hava" aylığı çərçivəsində növbəti reydini keçirib. Avtosfer.az "report"-a istinadən xəbər verir ki, reyd zamanı 60-a yaxın avtomobil yoxlanılıb. Ekoloji qanunvericiliyin tələblərini pozan 14 avtomobil cərimə meydançasına aparılıb.

Reyd zamanı pərdə-plyonkadan və gücləndirici siqnallardan istifadə edən 5 sürücü aşkar olunaraq məsuliyyətə cəlb olunub. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təmiz hava aylığı çərçivəsində ümumilikdə 52 avtomobilin sürücüsünü inzibati qaydada cərimələyib.

Reyd zamanı sürücülərdən biri DYP əməkdaşından havanın çirklənməsini müəyyənləşdirən aparatın sertifikatını tələb edib. DYP əməkdaşı isə "sertifikat var, amma burda deyil" cavabını verib.

Qeyd edək ki, reydlər avqustun 31-dək davam edəcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh