Bir maşında 10 nəfər aparır; vəsiqəsi yoxdur - REYD - VİDEO

Yol polisi 21 Avqust 2015 22:37 Oxunub 2703
Bir maşında 10 nəfər aparır; vəsiqəsi yoxdur - REYD - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dağ kəndlərindən istirahətdən qayıdan sürücülər arasında sərxoşlar da olub

Tovuz rayonunda yol polisi reyd keçirib. Avtosfer.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 3 saatlıq yoxlamalar zamanı 100- dən çox avtomobil saxlanılıb. Reyd zamanı avtomobillərdə qanunla qadağan edilən səs gücləndiricilərdən tutmuş, sürücülük vəsiqəsi olmadan sərnişin daşıyanlara da rast gəlinib. Cərimə edilənlər arasında avtomobilin nəinki arxa və yan, hətta ön şüşəsi tünd rəngdə olanlar da tapılıb. Sürücülük vəsiqəsi olmayan, nəqliyyat vasitəsində ayaq üstə sərnişin daşıyanlar da üzə çıxıb. 10-a yaxın sərnişin aparan bu gənc sürücü isə özünün dediyinə görə hələ sürücülük kursunda oxuyur.

Tovuzun dağ kəndlərindən istirahətdən qayıdan sürücülər arasında isə sərxoşlar da olub. Baxmayaraq ki, onlar özlərini sərxoş hesab etmirlər. Buna görə də bəziləri heç polisin saxla əmrinə tabe olmağı da lazım bilməyib. Bütün qanun pozuntuları halları ilə bağlı protokollar tərtib edilib. Amma, bu hələ son deyil. Yol polisi bildirir ki, reydlər davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh