Narkotik alverçilərinin təyyarəsi vurulacaq - İcazə verilib

Maraqlı 21 Avqust 2015 23:13 Oxunub 1622
Narkotik alverçilərinin təyyarəsi vurulacaq - İcazə verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Peru dünyada ən mühüm kokain tədarükçülərindən biridir

Peru Konqresi narkotiklərin daşınmasında şübhəli bilinən şəxsi təyyarələrin vurulmasına icazə verən qanunu yekdilliklə qəbul edib. "Report" BBC-yə istinadən xəbər verir ki, Peru dünyada ən mühüm kokain tədarükçülərindən biridir. Perunun narkotiklərlə mübarizə agentliyi bildirib ki, narkotik alverçiləri kokaini digər ölkələr, xüsusilə də ABŞ-a kiçik təyyarələrdə daşıyır. Cənubi Amerikada narkotiklərlə mübarizə proqramına sponsorluq edən ABŞ Peru Hərbi Hava Qüvvələrinin şəxsi təyyarələri vurmasının əleyhinə çıxış edir. 2001-ci ildə Peru hərbçiləri səhvən amerikalı missionerlərin uçduğu təyyarəni vurub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh