İki saata 30 avtomobilə cərimə yazıldı

Yol polisi 22 Avqust 2015 17:33 Oxunub 1657
İki saata 30 avtomobilə cərimə yazıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötmə əməliyyatını düzgün yerinə yetirməyən, Görmə qabliyyətini məhdudlaşdıran pərdə və sərxoş sürücülər..

Ağcabədi polisi reyd keçirdib.  

 

Reydin əsas məqsədi avtomobillərdə edilən qanunsuz dəyişikliklər və sərxoş sürücüləri aşkar etmək olsa da, reyd zamanı digər qayda pozuntuları da qeydə alınıb.

 

 

Reyd zamanı 80 qədər avtomobil saxlanaraq 30 yaxın müxtəlif qayda pozan sürücülərə cərimə və protokol tərtib edilib. Avtomobildə qanunsuz dəyişikliklər edən sürücülərədə rast gəlindi ki, onlara cərimə yazılıb və minik maşını cərimə meydançasına aparılıb. Bundan başqa reyd zamanı sürcülük vəsiqəsi olmayan, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, qayda pozuntusu yaradan sürücülərlə yanaşı polisə tabe olmayan və təhlükəli vəziyyət yaradaraq aradan cıxan sürücülərə də rast gəlinib. Görmə qabliyyətini məhdudlaşdıran pərdə və pliyonkalardan istifadə edən sürücülərin avtomobillərindən bu cür vasitələr acılıb. Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücüyədə rast gəlinib. Sərxoş sürücü haqda protokol yazılaraq avtomobili cərimə meydançasına aparılıb.// SİA.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh