Yol polisini vuran polis serjantı saxlanıldı

Yol polisi 24 Avqust 2015 13:15 Oxunub 1726
Yol polisini vuran polis serjantı saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İdarə etdiyi avtomobillə Yol Patrul Xidməti əməkdaşını vuran şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən trend-ə verilən məlumata görə, avqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı BPİ DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk edib. S.Dənziyev xəstəxanaya yerləşdirilib. Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh