Hərəkəti hansı istiqamətdə davam etdirmək olar? – DOĞRU CAVAB

Yarışma 24 Avqust 2015 21:26 Oxunub 2585
Hərəkəti hansı istiqamətdə davam etdirmək olar? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş şəxsin kimliyini açıqlayır. Budəfəki sualımız yol nişanları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcında hərəkəti hansı istiqamətdə davam etdirmək olar?

A) Yalnız sağa;

B) Bütün istiqamətlərdə (sağa, düzünə, sola və ya geriyə);

C) Soldan başqa bütün istiqamətlərdə (sağa, düzünə və ya geriyə).

Sualın doğru cavabı belədir: Şəkildəki nişanlardan görünür ki, yolayrıcında kəsişən yol baş yoldur və orada birtərəfli (yalnız sağa) hərəkət var. Deməli, burada sola dönmək qadağandır. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq:  Bu yolayrıcında hərəkəti soldan başqa bütün istiqamətlərdə (sağa, düzünə və ya geriyə) davam etdirmək olar.

Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh