Dünyanın günəş enerjisi ilə işləyən ilk aeroportu istifadəyə veriləcək

Maraqlı 24 Avqust 2015 23:19 Oxunub 1519
Dünyanın günəş enerjisi ilə işləyən ilk aeroportu istifadəyə veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aeroport enerjini yalnız özü istifadə etməyəcək, həm də artıq qalan elektrik enerjisini satacaq

Hindistanın Kerala ştatında yerləşən Koçin Beynəlxalq Aeroportu dünyanın günəş enerjisi ilə fəaliyyətə başlayacaq ilk hava limanıdır. Avtosfer.az-ın məlumatına görə, “report” xarici mediaya istinadən bildirir ki, bu günlərdə 12 meqavoltadək (mVt) enerji hasil edə bilən və 18 200 m2 ərazidə yerləşən 46 150 paneldən ibarət elektrik stansiyasının inşası üzrə layihənin başa çatması bildirilib. Stansiyanın gücü təkcə aeroportu şəhər elektrik şəbəkəsindən azad etməyə yox, həm də artıq qalan elektrik enerjisini satmağa imkan verəcək.

"CIAL” (Cochin International Airport Limited) şirkətinin məlumatına görə, aeroportun günəş batareyalarına keçməsi yaxın 25 ildə atmosferə karbon qazı tullantılarını 300 min ton azaltmağa imkan verəcək. Bu, təxminən 3 min ağacın becərilməsinə və ya avtomobillərdə ümumi məsafəsi 1,2 mlrd. km təşkil edən gedişdən imtinaya bərabərdir.

Gələcəkdə “CIAL” alternativ enerji mənbələrindən istifadəni genişləndirməyi planlaşdırır. Koçin Beynəlxalq Aeroportunun yeni beynəlxalq terminalının 2016-cı ilin mayında istifadəyə verilməsi nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh