Bakıda yerüstü piyada keçidlərinin üzlükləri yeniləndi – FOTO

Gündəm 25 Avqust 2015 12:26 Oxunub 1157
Bakıda yerüstü piyada keçidlərinin üzlükləri yeniləndi  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda keçidlərdə pəncərələrin qoyulması işləri aparılır

Azərbaycan Nəqliyyat Nazirliyinin göstərişilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti, abadlaşdırma işləri həyata keçirilir. 

Avtosfer.az xəbər verir ki, bu barədə ASC-dən oxu.az-a daxil olan məlumata görə, Heydər Əliyev prospektində, daha dəqiqi “Böyük Şor” yol qovşağından “Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır. 

Sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlükləri sökülərək yeniləri ilə əvəzlənib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90 faizi görülüb. Hazırda keçidlərdə pəncərələrin qoyulması işləri aparılır. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənir. 

Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılan işlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh