"Azpetrol" ittihamlara cavab verdi

Gündəm 25 Avqust 2015 12:32 Oxunub 2723
"Azpetrol" ittihamlara cavab verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 "Bəzən operatorlar ani səhvlər edirlər"

"Azpetrol"-un yanacaqdoldurma məntəqələrində insanların aldadılması halları yoxdur və biz belə hallar olduqda dərhal məsələni araşdırıb lazımi tədbirlər həyata keçiririk". Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azpetrol" şirkətinin Əməliyyat direktorunun müavini Kənan Xəlilov deyib. Onun sözlərinə görə, onlara belə şikayətlər daxil olmayıb. O, buna baxmayaraq bəzən benzini vuran operatorların bilməyərəkdən yalnışlıqlara yol verdiklərini istisna etmir: "Deyilənlərin heç bir əsası yoxdur. Bizdə dediyiniz məsələ ilə bağlı şikayət yoxdur. Amma bu cür şikayət olanda da biz yerindəcə araşdırıb, lazımi tədbirləri görürük. Amma insanıq, hər birimizin səhvi olur. Bəzən operatorlar ani səhvlər edirlər. Məsələn, operatora 10 manatlıq benzin vur deyəndə, o, çaşıb 10 litr vurur. Amma biz də, öz növbəmizdə, müştəridən üzrxahlıq edib, problemi qaydasına qoyuruq".

Şirkət rəsmisi, həmçinin müştərilərə belə hallarla rastlaşdıqda, çəkinmədən onlara müraciət etməyə çağırdı.

Xatırladaq ki, sosial şəbəkələrdə "Azpetrol" şirkətinin yanacaqdoldurma məntəqələrində insanları aldatması ilə bağlı bir neçə gündür məlumatlar yazılır. Məlumatlarda insanlar "Azpetrol" yanacaqdoldurma məntəqələrində benzin vurulan zaman diqqətli olmağa çağrılır. Şikayətçilərdən bir nəfər Nabranda "Azpetrol"un yanacaq doldurma məntəqəsində 65 litr, yəni dolu bak vurub. Lakin stendin ekranına diqqət etdikdə isə 80 litrə yaxın benzinin vurulduğunu görüb. Şikayətçi qeyd edib ki, avtomobilinin bakının həcmi 65 litr olduğu halda, yanacaqdoldurma məntəqəsinin stendində 80 litr göstərilir. Etirazını bildirdikdə isə "maşının bakının həcmi səhv göstərir" cavabı ilə qarşılaşıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh