Qazaxıstan aviaşirkəti Bakıya biletlərin qiymətini bahalaşdırdı

Gündəm 25 Avqust 2015 13:22 Oxunub 1285
Qazaxıstan aviaşirkəti Bakıya biletlərin qiymətini bahalaşdırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Tariflərin bahalaşması barədə qərar aviasiya sahəsinin xüsusiyyəti ilə əlaqədardır"

Qazaxıstanın “SCAT” aviaşirkəti Bakı da daxil olmaqla bütün beynəlxalq istiqamətlər üzrə biletlərin qiymətini 20 faiz bahalaşdırıb.

Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan məlumatda deyilir. Məlumatda bildirilib ki, tariflərin məcburi artımı milli valyutanın sərbəst kursuna keçməsi ilə əlaqədardır: “Tariflərin bahalaşması barədə qərar aviasiya sahəsinin xüsusiyyəti ilə əlaqədardır. Çünki şirkət reyslərin təmin olunması, təyyarələrin texniki baxışdan keçirilməsi və işçilərin təlimi ilə bağlı əksər xərcləri ABŞ dolları ödəyir. Biletlərin bahalaşdırılması şirkətin gəlirlərinin artırılmasına yönəlməyib. Belə ki, dolların tengəyə qarşı qeyri-sabit kursu ilə bağlı şirkət bütün xərcləri ödəyə bilmir. Qiymətin artırılması yalnız beynəlxalq reyslərin təmin olunması ilə bağlı xərclərin bir qismini ödəyə bilir".

Qeyd edək ki, aviaşirkət Aktau-Bakı birbaşa reysləri həyata keçirir.

Bundan başqa, "Air Astana" aviaşirkəti də beynəlxalq aviadaşımalara görə qiymətlərin 25 faiz bahalaşdığını elan etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh