Şou göstərən avtobus sürücüsü işdən qovuldu - VİDEO

Gündəm 25 Avqust 2015 16:20 Oxunub 1895
Şou göstərən avtobus sürücüsü işdən qovuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusun sürücüsü Allahverdi Əkbərov yol polisinə aparılıb

Bakıda yol polislərinin gözü qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün 88 saylı avtobusun sürücüsü işdən kənarlaşdırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Çinar Trans" MMC-nin direktoru Etibar Manafov baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisədən xəbər tutan kimi şəxsi təşəbbüsü ilə həmin avtobusun sürücüsü Allahverdi Əkbərov yol polisinə aparılıb. Onun barəsində yol hərəkəti haqqında qanunu pozduğu üçün cərimə yazılıb. Bundan sonra həmin sürücü işdən kənarlaşdırılıb. Sürücü Allahverdi Əkbərovisə qaydanı yolda tıxac yarandığı üçün və qrafiki pozmaq istəmədiyi üçün pozduğunu deyib. 

Qeyd edək ki, dünən təxminən saat 18:30-da 88 saylı avtobusun sürücüsü idarə etdiyi avtobus, mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb. Bu barədə ilk məlumatı Avtosfer.az saytı yayıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh