Maqnitafon oğrusuna cəza

Gündəm 25 Avqust 2015 17:39 Oxunub 1226
Maqnitafon oğrusuna cəza
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun cəzası 3 il 1 aya endirilib

Sumqayıt Apelyasiya Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1996-cı il təvəllüdlü Ariz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Ariz Mirzəyev 12 noyabr 2013-cü il tarixdə Xırdalan şəhəri, Bəşir Səfər oğlu küçəsi, ev 141-də yaşayan Məzahir Rzayevə məxsus “Kamaz-5511” markalı avtomaşının salonundan 210 manat dəyərində bir ədəd pleyer DVD, bir ədəd monitor və bir ədəd “Pioner” markalı audio-maqnitofon oğurlayıb. O, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsindəki döngənin qarşısında Anar Kərimovun “VAZ 2106” markalı avtomobilini ələ keçirib. 

Abşeron rayon Məhkəməsinin hökmü ilə Ariz Mirzəyev 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan Ariz Mirzəyev apelyasiya şikayəti verərək barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan ediilib. Qərara görə, onun cəzası 3 il 1 aya endirilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh