İşsizin bahalı “Mercedes”ini oğurladılar

Gündəm 26 Avqust 2015 12:20 Oxunub 1522
İşsizin bahalı “Mercedes”ini oğurladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Maddi zərər 10 milyon rubldan ibarət olub”

Moskvanın mərkəzində Novıy Arbatda 10 milyon rubl dəyərində “Mercedes-Benz”i oğurlayıblar. Avtosfer.az xəbər verir ki, bu barədə rianovosti paytaxtın DİN Dövlət İdarəsinə istinadən bildirib. “Çərşənbə axşamı, axşam saat beş radələrində Novıy Arbat küçəsində yerləşən evin yaxınlığında naməlum şəxs “Mercedes-Benz GL 63 AMG” avtomobilini oğurlayıb. Maddi zərər 10 milyon rubldan ibarət olub”,- mətbuat xidmətindən bildiriblər.

Qeyd edilir ki, zərərçəkən şəxs 39 yaşlı heç bir yerdə işləməyən kişidir. Oğurluq faktı üzrə polisə şikayət ərizəsi ilə müraciət edilib, hal-hazırda cinayətkarın saxlanılması istiqamətində iş aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh