İntizamsız avtobus sürücülərinə qarşı reydlər davam edir

Gündəm 26 Avqust 2015 13:49 Oxunub 1257
İntizamsız avtobus sürücülərinə qarşı reydlər davam edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat Nazirliyi vətəndaşlara müraciət edib

Bakıda ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş genişmiqyaslı reydləri keçirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən oxu.az-a daxil olan məlumata görə, ötən həftədən etibarən sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı aparılan mütəmadi reydlər davam edir.

Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir ki, sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə , ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in 141 Qaynar Xəttinə zəng etmələri xahiş olunur.

“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi də xahiş edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh