Yeni stansiyalar nə vaxt istifadəyə veriləcək?

Gündəm 26 Avqust 2015 15:47 Oxunub 1193
Yeni stansiyalar nə vaxt istifadəyə veriləcək?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Elektrik, yanğından avtomatik mühafizə  sistemlərinin quraşdırılması, abadlıq işləri aparılır"

Metronun "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları 2016-cı ilin birinci yarısında istifadə ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə publika.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hazırda hər iki stansiyada tikinti işləri başa çatıb, avadanlıqların quraşdırılması işləri aparılır: "Elektrik, yanğından avtomatik mühafizə  sistemlərinin quraşdırılması, abadlıq işləri aparılır. "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı isə bu ilin sonuna kimi istifadəyə veriləcək. Təəssüf ki, bu işlər yeni tədris ilinə kimi yekunlaşmayacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh