Bakı-Böyük Kəsik dəmir yolu boyunca Gəncəyə qədər yarımstansiyalar tam hazırdır

Gündəm 26 Avqust 2015 15:48 Oxunub 1249
Bakı-Böyük Kəsik dəmir yolu boyunca Gəncəyə qədər yarımstansiyalar tam hazırdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Böyük Kəsik-Ağstafa hissəsiındə 13 stansiyadan 5-də işlərin 80%-ə qədər görülüb

Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində Bakıdan Gəncə şəhərinə qədər olan yarımstansiyalar artıq qurulub. Layihə üzrə siqanlizasiya sistemi yenilənib və hazırda elektrik təchizatında dəyişikliklər edilir. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, bu dəhlizdə qatarların hərəkətinə nəzarət etmək üçün Bakıda xüsusi dispetçer məntəqəsi yaradılacaq: "Qatarlar oradakı mikroprosessor əsasında idarə olunacaq. Bu, maşinistlə danışmağa, nasazlıq baş verdiyi təqdirdə bu haqda məlumat ötürməyə imkan verir".

Qeyd edək ki, Dünya Bankı ilə həyata keçirilən bu layihə “Bombardier-TransSignalRabitə" podratçı şirkəti bu istiqamətdə indiyə kimi 1, 2 və 3-cü hissələr üzrə işçi layihələr hazırlayıb. Birinci hissədə Böyük Kəsik-Gəncə sahəsində işlər başlayıb. Böyük Kəsik-Ağstafa hissəsiındə 13 stansiyadan 5-də işlərin 80%-ə qədər görülüb. İlk hissənin kabel işlərinin əsas hissəsi həyata keçirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh