“Lada” avtomobilləri 3 faiz bahalaşa bilər - Bəs "Priora"?

Avtodünya 28 Avqust 2015 03:41 Oxunub 1708
“Lada” avtomobilləri 3 faiz bahalaşa bilər - Bəs "Priora"?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artım yalnız “Priora” modelinə şamil edilməyəcək

“Lada” avtomobilləri sentyabrın 1-dən orta hesabla 3 faiz bahalaşa bilər. Artım yalnız “Priora” modelinə şamil edilməyəcək. Avtosfer.az “Vedomosti” qəzetinə istinadla xəbər verir ki, “Avtovaz” konserninə yaxın mənbədən bildiriblər ki, qiymət artımı yalnız ehtimal olunur, hələlik qəti qərar qəbul edilməyib. Konsernin nümayəndəsi bu məlumatı şərh etməyib. “Avtovaz” ilin əvvəlindən qiymətləri üç dəfə qaldırıb. Sonuncu dəfə qiymətlər avqustun 1-də orta hesabla 4 faiz artıb. Məsələn, Rusiyada ən çox satılan “Lada Granta” avtomobilinin qiyməti hazırda 348 min rubldan başlayır. Onun minimum qiyməti ilin əvvəlindən 11,7 faiz artıb.

Mənbənin fikrincə, yeni bahalaşma “Avtovaz”ın onsuz da azalmaqda olan satışlarına mənfi təsir göstərəcək.

“Avtovaz”ın alyans üzrə tərəfdaşı “Renault” da avqustun 25-dən qiymətləri qaldırıb. Rusiyada avtomobillər orta hesabla 3 faiz bahalaşıb. “Renault”un ən çox satılan modeli “Logan”ın qiyməti hazırda 419 min rubldan başlayır.

Avqustun 25-dən Rusiyada “Peugeot” və “Citroen” maşınları cüzi miqdarda - 0,8 faiz bahalaşıb. Daha əvvəl isə Yaponiyanın “Datsun” şirkəti 3-4 faiz bahalaşma barədə məlumat yayıb. Bu həftə “Ford” avtomobilinin qiymətlərinin bahalaşacağı barədə ehtimallar dolaşır. “Ford Collers”in nümayəndəsi deyib: “Biz sentyabr ayında 3-4 faiz diapazonunda cüzi düzəliş imkanlarını hesablayırıq. Bu düzəliş rublun devalvasiyası effektinin qismən kompensasiya edilməsi ilə bağlıdır”. “Nissan”ın nümayəndəsi isə bildirib ki, şirkət hələlik Rusiyada qiymətləri artırmaq barədə düşünmür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh