Yeni metrostansiyaların açılış tarixi bəlli oldu

Gündəm 28 Avqust 2015 12:25 Oxunub 1400
Yeni metrostansiyaların açılış tarixi bəlli oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Avtovağzal” və şərti adı “Memar Əcəmi 2” olan metrostansiyalarının istifadəyə verilmə tarixi açıqlanıb

“Avtovağzal” və şərti adı “Memar Əcəmi 2” olan metrostansiyalarının istifadəyə verilmə tarixi açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə hər iki stansiya 2016-cı ilin ikinci yarısına kimi sərnişimlərin ixtiyarına veriləcək. Hazırda bu stansiyalarda son tamamlama işləri gedir. Bura avtomatik yanğından mühafizə sisteminin, təhlükəsizlik avadanlıqlarının və elektrik enerjisinin quraşdırılması daxildir.

Yeni istifadəyə veriləcək "bənövşəyi" xəttin uzunluğu 144 metrdir. Stansiyaların sayı çoxaldıqca xəttlərə buraxılan vaqonların da sayı artırılacaq. Yeni stansiyalarda isə vaqonların sayının əvvəlcə 5, sonradan isə 7-ə qədər artırılacağı nəzərdə tutulub. Bu stansiyaların açılışı bu ilin əvvəlinə planlaşdırılsa da sonra təxirə salınıb. 

Nəsimi Paşayev onu da əlavə etdi ki, gələcəkdə daha iki stansiyanın açılışı nəzərdə tutulub. Bunların biri Hərbi Hospitalın yanında , digəri isə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman və Konsert Kompleksinin yanında açılacaq.

“Elmlər Akademiyası” metrostansiyasının ikinci girişinə gəldikdə isə onun ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir.

Ölkəmizdə ən son açılan stansiya 2011-ci il dekabrın 30-da "Koroğlu" stansiyası olub.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh