Avtomobillər toqquşdu, sürücü sıxılmış vəziyyətdə qaldı

Qəzalar 28 Avqust 2015 12:30 Oxunub 1028
Avtomobillər toqquşdu, sürücü sıxılmış vəziyyətdə qaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralının vəziyyəti ağırdır

Abşeron rayonu ərazisində iki avtomobil toqquşub. Avtosfer.az xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyindən (FHN) anspress-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Abşeron rayonu ərazisində vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Şəraitin qiymətləndirilməsi zamanı məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və təcili tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriblər. Hazırda yaralının vəziyyəti ağırdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh