“Mercedes” dönmə əməliyyatını düzgün yerinə yetirmədi və toqquşdu

Qəzalar 28 Avqust 2015 12:33 Oxunub 1128
“Mercedes” dönmə əməliyyatını düzgün yerinə yetirmədi və toqquşdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yevlaxda “Daewoo” ilə mikroavtobus toqquşub: yaralılar var

Yevlaxdayol-nəqliyyat hadisəsi baş verib. Qəza Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Bərdə sakini Aslan İsgəndərovun idarə etdiyi “Daewoo” markalı minik avtomobili ilə “Mercedes” markalı şəhərlərarası sərnişin mikroavtobusu toqquşub.

Qəza zamanı minik maşınında olan sərnişin - Ağcabədi rayon Hacallı kənd sakini, 53 yaşlı Ədalət Hüseynov və “Mercedes”in sərnişini, Yevlax rayon sakini, 16 yaşlı Çinarə Ağayeva xəsarət alıb. Yaralıları dərhal Yevlax Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan hər iki nəfərin vəziyyətinin normal olduğunu bildiriblər.

Hadisəyə ilkin ehtimal kimi “Mercedes”in sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Faktla bağlı araşdırma aparılır. Dünən də Qax - Şəki yolunda qəza baş vermiş, nəticədə 4 nəfər hadisə yerində dünyasını dəyişmişdi. Qaxdan Şəki istiqamətinə hərəkət edən avtomobilin sürücüsü qəfil idarəetməni itirmiş nəticədə avtomobil yol kənarındakı dərəyə aşaraq 50 metrə qədər yuvarlanmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh