Sabahın hava proqnozu

Gündəm 28 Avqust 2015 13:22 Oxunub 1228
Sabahın hava proqnozu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacağı gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz cənub şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə havanın, əsasən, yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh