10 ildə yollara 10 milyard manat xərclənib - VİDEO

Avtobazar 12 İyun 2014 00:23 Oxunub 1843
10 ildə yollara 10 milyard manat xərclənib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda təmir edilən yollar tez-tez sıradan çıxır

Paytaxtda yolların təmirə bağlanması isti yay günlərində sürücü və piyadaları əsəbiləşdirir. ANS-in məlumatına görə, Bakının müxtəlif yollarında tez-tez yolların təmir olunmasına rast gəlməyimiz artıq adi hal alıb. Bəzən bir yol asfaltlananda, üzərindən bir neçə ay keçməmiş həmin yolun yenidən asfaltlandığınının şahidi oluruq. Buna səbəb isə, həm asfalt qatının keyfiyyətsiz, tələm-tələsik çəkilməsidir ki, bu da dövlətdən əlavə xərclərin ayrılmasına gətirib çıxarır. Bu isə həm də dövlətin pullarının israfçılıqla xərclənməsilə nəticələnir.

Qeyd edək ki, Xocalı prospektinə bir neçə ay bundan əvvəl asfalt çəkilmişdi. Amma indii bu əraziyə yol yenidən çəkilir. Paytaxtda yenicə təmir olunmuş avtomobil yollarının çoxunda keyfiyyət problemi ortaya çıxmasına tez-tez rast gəlirik. Bu isə yolların keyfiyyətsiz təmir edilməsilə izah edir. Yəni yolda təmir işlərinin başdansovdu və tələsik aparıldığından, sadəcə yolun üst hissəsi hamarlandığından müəyyən müddətdən sonra asfalt qatı çökür. Yolların bu qədər təkrar təmiri üçün isə külli miqdarda dövlət vəsaiti xərclənir. Ekspertlər hesab edirlər ki, paytaxtda vahid əlaqələndirmə sistemi, qurumlar arasında əlaqə olmadığından dünən asfaltlanan yol, bu gün su və ya qaz kəmərinin çəkilməsi üçün yenidən qazılır.

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, hər bir yolda işlərin qrafiki əvvəlcədən tutulmalı, onun hansı müddətdən sonra təmir ediləcəyi və s. müəyyən edilməli və ən vacibi podratçı bu müddət ərzində yolun keyfiyyətinə zəmanət verməlidir.

Zöhrab İsmayılın sözlərinə görə, yol layihəsinin həyata keçirilməsi zamanı podratçılar tender əsasında bu layihələri götürsələr və öhdəlik əsasında hökumətlə müqavilə bağlayıb bu işi həyata keçirsələr, bu problemlər də olmaz: “Eyni zamanda, belə problemlər ortaya çıxanda hökumət qurumları da asanlıqla podratçıların yaxasından yapışa bilər ki, bəs bu yolun ömrü 30 il olmalı idi, niyə 3 ildir. 2 ildən sonra yolda problem çıxırsa, təmirə ehtiyac duyursa, buna görə podratçı məsuliyyət daşımalıdır. Dövlət büdcəsindən əlavə pul ayrılmamalıdır”.

Son 10 ildə Azərbaycanda yollara 10 milyard manatdan çox vəsaitin xərclənməsinə baxmayarq, yol problemi həll olunmayıb. Bir sıra Avropa ölkələri və ABŞ-da yollar uzunömürlü olur. Qərb ölkələrində adi yoların 30, beton yoların isə 50 il ömrü olur. Almaniyada çəkilən bəzi yollar hələ də Hitlerin dövründə çəkilib və indiyə kimi də istifadəyə yararlıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elnur 10 Noyabr 2014 22:55
Yəqinki on milyardın yarımı yollara xərclənib, yerdə qalanı isə ciblərə gedib. Azərbaycanda on milyardlıq yol hardadır görəsən Kim suala düzgün cavab versə on bir beş.