Bu avtomobilin sürücüsü qaydaları pozurmu? – DOĞRU CAVAB

Yarışma 31 Avqust 2015 17:22 Oxunub 1907
Bu avtomobilin sürücüsü qaydaları pozurmu? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı vermiş şəxsin adını açıqlayır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Yolda bu qaydada hərəkət edən avtomobilin sürücüsü qaydaları pozurmu?

A) Əgər qarşıdan gələn nəqliyyat vasitəsi olarsa, pozur;

B) Hər bir halda pozur;

C) Pozmur.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinin 1-ci hissəsində deyilir ki, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Şəkildə isə aydın görünür ki, sürücü yolun hərəkət hissəsinin sağ kənarı ilə deyil, ortası ilə hərəkət edir. Özü də sürücünün belə mövqe seçməsi yoldakı maneə, yaxud onun edəcəyi hər hansı manevrlə bağlı deyil. Deməli, sualın doğru cavabı “B” variantı olacaq:  Yolda bu qaydada hərəkət edən avtomobilin sürücüsü hər bir halda qaydaları pozur. Sualın ilk doğru cavabını Raqif Məmmədov adlı oxucumuz verib. Onu təbrik edirik. 

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh