Qayda-qanunu onlar da pozur - FOTO

Qaydalar 2 Sentyabr 2015 03:18 Oxunub 2214
Qayda-qanunu onlar da pozur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunların deyəsən yol hərəkəti qaydalarından xəbərləri yoxdur

Facebokkdakı «Sancaq» qrupu iki maraqlı foto paylaşıb. Fotoların birində dövlət yol polisi əməkdaşının avtomobili qadağan olunmuş yerdə – piyada keçidinin üstündə əksini tapıb. Avtosfer.az-ın məlumatına görə, fotolardan tam aydın olmasa da, yol polisi avtomobilinin üzərinə 6154 yazıldığı görünür. Bu vəziyyətdə həmin yol polisi əməkdaşı dayanma-durma qaydasını pozduğu üçün 20 manat cərimə oluna bilər.

Digər fotoda isə Nəqliyyat Nazirliyinin Nəqliyyat Depratamentinə məxsus 721 saylı avtomobilin piyada keçidinin düz üstündə dayandığı əks olunub. Göründüyü kimi, maşın keçidin üzərində dayandığı üçün piyadalar yolun ortası ilə hərəkət etməyə məcbur qalıblar.

Bunların deyəsən yol hərəkəti qaydalarından xəbərləri yoxdur.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh